Təhlükəsizlik Xidməti
İnkişaf etməkdə olan müasir təhlükəsizlik sistemlərinin qurulmasında kamera nəzarəti ilə təchiz olunma mütləqdir. Mühafizə sistemində təhlükəsizlik səviyyəsinin artırılması tələb olunarsa ilk növbədə kamera nəzarəti sistemləri ilə təchiz olunma zərurəti yaranır. “Skylink” şirkəti dəyərli müştərilərimizə bu sahədə ən son yenilikləri tətbiq edərək müasir kamera nəzarəti sistemləri olan CCTV və IP kamera sistemlərini qurulmasını və servis xidmətlərini təklif edir. Layihə işləri mərhələsində arxitektura nəzərə alınmaqla
hər bir nəzarət olunacaq nöqtə dəqiqləşdirilir və ən optimal kamera seçilir. Müştərinin tələbinə əsasən kamera nəzarət sistemlərinin qeydə aldığı görüntülərin hansı müddətdə yadda saxlanması üçün lazım olan avadanlıqlar müəyyən edilir.

