“Skylink” şirkəti fiziki şəxslərə və korporativ müştərilərə genişzolaqlı fiber optik və hava xətti üzərindən internet xidmətləri göstərir. Şirkətin internet şəbəkəsi ən müasir tələblərə cavab verən avadanlıqlar üzərində qurulmuşdur. Fiber optik şəbəkənin çəkilməsi insanların daha sürətli, daha keyfiyyətli, daha sərfəli və məhdudiyyətsiz internet xidmətlərindən istifadə etməsinə imkan verir. Fiber optik şəbəkə vasitəsi ilə ötürülən informasiyanın həcmi digər şəbəkələrə müqayisədə olduqca genişdir. Fiber optik internetə qoşulma abunəçilərə məlumatı 10 Gbit/saniyəyə qədər sürətlə qəbul etmək və ötürmək (upload, download) imkanı verir.
Fiber optik şəbəkə vasitəsi ilə təmin olunan internetdə sürət itkiyə imkan vermir. Məlumatın ötürmə sürəti telefon xətti kimi amillərdən asılı olmur ki, bu da yüksək keyfiyyətli xidmət göstərilməsini təmin edir. Ayrılmış kanal xidmətləri Azərbaycan Respublikası daxilində müxtəlif həcmdə şirkət və dövlət qurumlarının uzaq məsafələrini birləşdirmək məqsədilə təqdim edilə bilər ki, bu da onların fəaliyyətinin daha da səmərəli qurulması üçün şərait yaradar. “Skylink” işgüzar fəaliyyət sahələrinə “bir nöqtə ilə digər nöqtəni”, yaxud “bir nöqtə ilə digər nöqtələri” əlaqələndirən xidmətlər təklif edir ki, bu da məlumatların yüksək sürətlə ötürülməsini təmin edir, yaxud korporativ şəbəkələrin təşkil olunmasına kömək edir. Şirkətin təqdim etdiyi ayrılmış kanal xidmətinə aşağıdakılar daxildir:
• E1s-dən STM64-dək DWDM və SDH protokolları vasitəsi ilə yüksək tutumlu xətlərin təqdim edilməsi;
• 10Mb-dan 10Gb-dək Virtual özəl şəbəkə Ethernet-in təqdim edilməsi;
• VPN (Virtual Özəl Şəbəkə)-nin təqdim edilməsi;
• Fiber optik kabellərin quraşdırılması, istismarı və servisi;
• Azərbaycana və kənara beynəlxalq ayrılmış kanalların təqdim edilməsi.
İp telefoniya rabitə sisteminin bir növüdür Analoq, Gsm, CDMA və digər siqnalların VOIP (Voice over IP) IP protokolu vasitəsilə səs paketlərinin bir hostdan (kompüter şəbəkəsinə və ya internetə qoşulmuş qurğu) digərinə ötürülməsi sistemidir. Bu sistem vasitəsilə siz şirkətinizin rabitə sisteminə maksimum nəzarət edə, təkmilləşdirə, asanlıqla Call Centerinizi (məlumat, çağrı mərkəzi) qura və şirkətinizin filallarının rabitə sistemin vahid şəklə gətirə bilərsiniz. “Skylink” sizə dünyaca məşhur CISCO, SIEMENS, 3CX, Asterisk, Avaya, Yealink və. s istehsalçıların avadanlıqların və kompleks VOIP həllər təklif edir. “Azərtelecom” şirkəti ilə mövcud olan müqaviləyə əsasən Azərbaycan Respublikasının hüdudları daxilində, internet bağlantısı mövcud olan istənilən məntəqədə xidmətdən yararlanmaq mümkündür.
“Skylink” şirkəti müştərilərə ofisdə olmadan şirkətin telefon sisteminə qoşulması sanki şirkətdəymiş kimi daxili nömrələrə zəng etmə imkanı həmçinin şirkətin analoq şəhər və GSM nömrələrindən istifadə etməklə kənara zəng etmək sistemlərini təmin edir. IP telefoniya xidməti SIP nömrələr üzərindən kompüter, mobil telefon, hətta stasionar telefon kimi kommunikasiya vasitələri ilə təmin olunur. Yüksəksürətli telefon qoşulması sayəsində birdən artıq telefon zəngi qəbul etmək və ötürmək mümkündür.
İnkişaf etməkdə olan müasir təhlükəsizlik sistemlərinin qurulmasında kamera nəzarəti ilə təchiz olunma mütləqdir. Mühafizə sistemində təhlükəsizlik səviyyəsinin artırılması tələb olunarsa ilk növbədə kamera nəzarəti sistemləri ilə təchiz olunma zərurəti yaranır. “Skylink” şirkəti dəyərli müştərilərimizə bu sahədə ən son yenilikləri tətbiq edərək müasir kamera nəzarəti sistemləri olan CCTV və IP kamera sistemlərini qurulmasını və servis xidmətlərini təklif edir. Layihə işləri mərhələsində arxitektura nəzərə alınmaqla
hər bir nəzarət olunacaq nöqtə dəqiqləşdirilir və ən optimal kamera seçilir. Müştərinin tələbinə əsasən kamera nəzarət sistemlərinin qeydə aldığı görüntülərin hansı müddətdə yadda saxlanması üçün lazım olan avadanlıqlar müəyyən edilir.
“Skylink” şirkəti Dünya bazarında özünü keyfiyyəti və uğuru ilə təstiq etmiş 20-dən çox şirkətin (Cisco, HP, Microsoft, DELL, Lenovo, Ozak, Yealink, Ruptela və sayrı) Azərbaycanda rəsmi tərəfdaşıdır və bu şirkətlərin istehsal etdiyi elektron və elektrik avadanlıqlarının respublikamıza idxalı, quraşdırılması və texniki xidməti sahəsində ixtisaslaşmışdır. Əsası qoyulduğu vaxtdan özünə etibarlı tərəfdaşlar qazanan şirkətimiz daima inkişaf etməyi özünə borc bilir. Əsas məqsədimiz yüksək keyfiyyətli innovativ məhsulların axtarışında olmaq, yeni texnoloji nailiyyətləri təqib və tətbiq etməkdir.

