İP Telefoniya, TV xidməti
İp telefoniya rabitə sisteminin bir növüdür Analoq, Gsm, CDMA və digər siqnalların VOIP (Voice over IP) IP protokolu vasitəsilə səs paketlərinin bir hostdan (kompüter şəbəkəsinə və ya internetə qoşulmuş qurğu) digərinə ötürülməsi sistemidir. Bu sistem vasitəsilə siz şirkətinizin rabitə sisteminə maksimum nəzarət edə, təkmilləşdirə, asanlıqla Call Centerinizi (məlumat, çağrı mərkəzi) qura və şirkətinizin filallarının rabitə sistemin vahid şəklə gətirə bilərsiniz. “Skylink” sizə dünyaca məşhur CISCO, SIEMENS, 3CX, Asterisk, Avaya, Yealink və. s istehsalçıların avadanlıqların və kompleks VOIP həllər təklif edir. “Azərtelecom” şirkəti ilə mövcud olan müqaviləyə əsasən Azərbaycan Respublikasının hüdudları daxilində, internet bağlantısı mövcud olan istənilən məntəqədə xidmətdən yararlanmaq mümkündür.
“Skylink” şirkəti müştərilərə ofisdə olmadan şirkətin telefon sisteminə qoşulması sanki şirkətdəymiş kimi daxili nömrələrə zəng etmə imkanı həmçinin şirkətin analoq şəhər və GSM nömrələrindən istifadə etməklə kənara zəng etmək sistemlərini təmin edir. IP telefoniya xidməti SIP nömrələr üzərindən kompüter, mobil telefon, hətta stasionar telefon kimi kommunikasiya vasitələri ilə təmin olunur. Yüksəksürətli telefon qoşulması sayəsində birdən artıq telefon zəngi qəbul etmək və ötürmək mümkündür.

