İnternet və Ayrılmış Kanal Xidmətləri
“Skylink” şirkəti fiziki şəxslərə və korporativ müştərilərə genişzolaqlı fiber optik və hava xətti üzərindən internet xidmətləri göstərir. Şirkətin internet şəbəkəsi ən müasir tələblərə cavab verən avadanlıqlar üzərində qurulmuşdur. Fiber optik şəbəkənin çəkilməsi insanların daha sürətli, daha keyfiyyətli, daha sərfəli və məhdudiyyətsiz internet xidmətlərindən istifadə etməsinə imkan verir. Fiber optik şəbəkə vasitəsi ilə ötürülən informasiyanın həcmi digər şəbəkələrə müqayisədə olduqca genişdir. Fiber optik internetə qoşulma abunəçilərə məlumatı 10 Gbit/saniyəyə qədər sürətlə qəbul etmək və ötürmək (upload, download) imkanı verir.
Fiber optik şəbəkə vasitəsi ilə təmin olunan internetdə sürət itkiyə imkan vermir. Məlumatın ötürmə sürəti telefon xətti kimi amillərdən asılı olmur ki, bu da yüksək keyfiyyətli xidmət göstərilməsini təmin edir. Ayrılmış kanal xidmətləri Azərbaycan Respublikası daxilində müxtəlif həcmdə şirkət və dövlət qurumlarının uzaq məsafələrini birləşdirmək məqsədilə təqdim edilə bilər ki, bu da onların fəaliyyətinin daha da səmərəli qurulması üçün şərait yaradar. “Skylink” işgüzar fəaliyyət sahələrinə “bir nöqtə ilə digər nöqtəni”, yaxud “bir nöqtə ilə digər nöqtələri” əlaqələndirən xidmətlər təklif edir ki, bu da məlumatların yüksək sürətlə ötürülməsini təmin edir, yaxud korporativ şəbəkələrin təşkil olunmasına kömək edir. Şirkətin təqdim etdiyi ayrılmış kanal xidmətinə aşağıdakılar daxildir:
• E1s-dən STM64-dək DWDM və SDH protokolları vasitəsi ilə yüksək tutumlu xətlərin təqdim edilməsi;
• 10Mb-dan 10Gb-dək Virtual özəl şəbəkə Ethernet-in təqdim edilməsi;
• VPN (Virtual Özəl Şəbəkə)-nin təqdim edilməsi;
• Fiber optik kabellərin quraşdırılması, istismarı və servisi;
• Azərbaycana və kənara beynəlxalq ayrılmış kanalların təqdim edilməsi.

